...

Gürcü ağır atlet Olimpiya oyunlarında dünya rekordunu yeniləyib

İdman Materials 4 Avqust 2021 17:11 (UTC +04:00)
Gürcü ağır atlet Olimpiya oyunlarında dünya rekordunu yeniləyib

Bakı. Orxan Nəbiyev - Trend:

Tokio 2020 Yay Olimpiya Oyunlarında Gürcüstan ağır atleti Laşa Talaxadze 109 kiloqramdan yuxarı çəki dərəcəsində dünya rekordu vuraraq qalib gəlib.

Trend-in məlumatına görə, idmançı birdən qaldırmada 223 kiloqram, təkanla qaldırmada 265 kiloqram nəticə göstərib. Hər iki göstərici yeni dünya rekordudur.

L.Talaxadze ümumilikdə 488 kiloqram göstərici ilə Olimpiya çempionu adını qazanıb.

Qeyd edək ki, həmin çəki dərəcəsində bundan əvvəlki dünya rekordu da Laşa Talaxadzeyə məxsus idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti