...

Yarımmüdafiəçi Pyaniç "Barselona"dan "Beşiktaş"a keçib

İdman Materials 3 Sentyabr 2021 04:38 (UTC +04:00)
Yarımmüdafiəçi Pyaniç "Barselona"dan "Beşiktaş"a keçib

Trend-i buradan izləyin

Bakı. Trend:

"Barselona"nın yarımmüdafiəçisi Miralem Pyaniç "Beşiktaş"a transfer edilib.

Trend-in məlumatına görə, bu barədə "Beşiktaş"ın rəsmi saytında məlumat verilib.

Bosniyalı futbolçu mövsüm ərzində 2,75 milyon avro alacaq ki, bu da türk klubunun yarımmüdafiəçinin maaşının öhdəliklərinə götürdükləri bir hissəsidir.

Bildirilir ki, "Beşiktaş" Pyaniçin kirayəsi üçün katalonlara heç nə ödəməyəcək.

Yarımmqdafiəçinin illik qonorarı 10 milyon avro təşkil edir. "Barselona" ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədər imzalanıb. Ümumilikdə isə Pyaniçin satış transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti