...

Belçika və Fransa yığmaları DÇ-2022-yə vəsiqəni təmin edib

İdman Materials 14 Noyabr 2021 01:51 (UTC +04:00)
Belçika və Fransa yığmaları DÇ-2022-yə vəsiqəni təmin edib

Bakı. Trend:

Belçika və Fransa milli komandaları 2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsində lazımi xalı toplayaraq vaxtından əvvəl final mərhələsinə vəsiqə qazanıblar.

Trend-in məlumatına görə, Fransa yığması seçmə mərhələnin 7-ci turunda Qazaxıstan yığmasə üzərində 8:0 hesablı qələbə qazanaraq xallarının sayını 15-ə çatdırıb və DÇ-nin final mərhələsinə vəsiqəni təmin edib.

Belçika yığması isə evdə Estoniya komandasına qalib gəlib - 3:1. Xallarının sayını 19-a çatdıran Belçika da final mərhələsinə vəsiqəni təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti