...

Bakıdakı Milli Gimnastika Arenası mənim üçün doğma kimidir - Ukraynalı gimnast

İdman Materials 21 Noyabr 2021 19:01 (UTC +04:00)
Bakıdakı Milli Gimnastika Arenası mənim üçün doğma kimidir - Ukraynalı gimnast

Bakı. Cani Babayeva - Trend:

Bakıdakı Milli Gimnastika Arenası mənim üçün doğma kimidir.

Bunu Trend-ə Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının içtirakçısı, Ukraynalı gimnast Marina Kiyko deyib.

M.Kiyko bildirib: "Yəqin ki, altı dəfə Bakıda olmuşam, Avropa Oyunlarında, Dünya Kuboklarında. Mən burada həmişə rahatam, arena, gimnastika alətləri, isinmə zalı yaxşıdır. Hər şeyi bəyənirəm. Dünya çempionatı çox yaxşı təşkil olunub, hər yerdə xoş və mehriban insanlar var, könüllülər isə hər işdə köməklik edirlər.

Yarışdan əvvəl mümkün olan hər şey edildi ki, biz çıxışımıza səmərəli hazırlaşaq və layiqli nəticə göstərək. Buna görə təşkilatçılara dərin təşəkkürümüzü bildiririk".

Çempionatdakı rəqiblərdən danışan Marina Kiyko bütün idmançıların layiqli rəqib olduğunu vurğulayıb: "Çempionatda rəqiblər yaxşıdır, hamımız bir-birimizi çoxdan tanıyırıq. Onlar batutda rəqib, batut arxasında isə dostdurlar. Hamısı güclüdür, bəziləri şanslıdır, digərləri yox, bəziləri isə daha güclüdür. İdman idmandır".

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

Azərbaycan gimnastı Mixail Malkin çempionatın tamblinq proqramında gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti