...

Rusiyalı gimnast kişilər arasında tamblinq proqramında qızıl medal qazanıb

İdman Materials 26 Noyabr 2021 19:27 (UTC +04:00)
Rusiyalı gimnast kişilər arasında tamblinq proqramında qızıl medal qazanıb

Bakı. Trend:

Rusiyalı gimnast İqor Şikunov (36,200 xal) Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu yarışlarında 17-21 yaş qrupu üzrə kişilər arasında tamblinq proqramında qızıl medal qazanıb.

Trend xəbər verir ki, gümüş medalı danimarkalı Mads Hansen (35.500 xal), bürünc medalı ABŞ-ı təmsil edən Dominik Dümas (35.400 xal) qazanıb.

Azərbaycan gimnastı Tofiq Əliyev 35.000 xal toplayaraq dördüncü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti