...

Türkiyədə müalicə olunan qazilərimiz “Fənərbağça” – “Çaykur Rizespor” matçını izləyiblər (FOTO)

İdman Materials 6 Dekabr 2021 17:23 (UTC +04:00)
Türkiyədə müalicə olunan qazilərimiz “Fənərbağça” – “Çaykur Rizespor” matçını izləyiblər (FOTO)

Bakı. Trend:

Türkiyədə müalicə kursu keçən Vətən müharibəsi qaziləri “Fənərbağça” – “Çaykur Rizespor” futbol klublarının qarşılaşmasını stadionun tribunasından izləyiblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qəhrəman qazilərimizə bu örnək davranış Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə baş tutub. Vətən müharibəsində əldə olunan Zəfərin birinci ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edən TADEF ölkənin aparıcı futbol klublarına müraciət edərək, Türkiyədə müalicə olunan qazilərimizin futbol yarışlarına qonaq qismində dəvət edilməsi ideyasını irəli sürüb. Bu təşəbbüsə ilk cavab verən “Fənərbağça” klubu olub. Klub rəhbərliyi 11 qazimizi TADEF təmsilçiləri ilə birlikdə 5 dekabr 2021-ci il tarixində oynanan “Fənərbağça” – “Çaykur Rizespor” matçına dəvət edib.

Oyun zamanı “Fənərbağça” futbol klubunun tərəfdarları qazilərimizlə yaxından maraqlanıblar. Qarşılaşmadan sonra isə “Fənərbağça”nın futbolçuları qazilərimizlə görüşüb və şəkillər çəkdiriblər.

Klub rəhbərliyinin “Tvitter” səhifəsində bununla əlaqədar olaraq “Türkiyədə müalicə alan II Qarabağ savaşının qəhrəman qaziləri stadionda bizi qürurlandırdı. Can Azərbaycana salam və sevgilərimizi çatdırırıq!” statusu paylaşılıb, https://www.fenerbahce.org portalında məlumat yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti