...

Fərid Qayıbov Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilib

İdman Materials 16 Dekabr 2021 12:57 (UTC +04:00)
Fərid Qayıbov Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib.

MOK-dan Trend-ə verilən məlumata görə, hesabat-seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

İclasda Azər Əliyev MOK-un baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti