...

Batut gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında qaliblər müəyyənləşib - Mükafatlandırma mərasimi (FOTO)

İdman Materials 29 Yanvar 2022 15:35
Batut gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında qaliblər müəyyənləşib - Mükafatlandırma mərasimi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, oğlanlar arasında “uşaqlar” yaş kateqoriyasında batutla tullanma yarışlarında Ömər Qasımlı (38,750 xal) qızıl, Nikita Kolesnikov (36,830 xal) gümüş, Səbuhi Süleymanlı bürünc medala (36,500 xal) sahib olub. Ö.Qasımlı və S.Süleymanlı Bakı gimnastika məktəbinin yetirmələridir, Nikita Kolesnikov isə “Ocaq” idman klubunu təmsil edir.

Qızlar arasında “uşaqlar” yaş kateqoriyasında batut gimnastikası üzrə Nərmin Bahadırlı (35.680 xal) lider, Melisa İsmixanova (35.660 xal) ikinci, Məryəm Axundova (34.730 xal) üçüncü yeri tutub.

M.İsmixanova Bakı gimnastika məktəbində, N.Bahadırlı və M.Axundova “Ocaq” idman klubunda çıxış edir.

“Gənclər” yaş kateqoriyasında gənclər arasında tamblinq üzrə Bilal Qurbanov (47.700 xal) fəxri kürsünün birinci pilləsinə qalxıb, Aleksey Karataşov (42.600 xal) ikinci, Hüseyn Əsədullayev üçüncü (39.600 xal) olub. Bütün gimnastlar Bakı gimnastika məktəbinin yetirmələridir.

Qeyd edək ki, yanvarın 29-da Bakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı start götürüb.

Çempionat və birincilikdə ümumilikdə batut üzrə 34, tambliq üzrə 20 idmançı iştirak edir.

Turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar (2015), uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük), tamblinq üzrə uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.

Yarışlar Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti