...

İtaliya 2032-ci ildə keçiriləcək Avropa Çempionatına ev sahibliyi etmək istəyir

İdman Materials 8 Fevral 2022 04:51 (UTC +04:00)

Bakı. Trend:

İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürəcək.

Trend-in "ANSA" agentliyinə istinadən verdiyi məlumata görə, İtaliya Futbol Federasiyası Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) turnirin təşkilində maraqlı olduğu barədə məlumat verib.

Bildirilir ki, namizədlik layihəsi 12 aprel 2023-cü il tarixinədək təqdim edilməlidir. Çempionatın keçiriləcəyi yer ilə bağlı qərarın 2023-cü ilin sentyabrında veriləcəyi gözlənilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti