...

Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı iştirakçılarının podium məşqi keçirilib (FOTOREPORTAJ)

İdman Materials 9 Mart 2022 19:59 (UTC +04:00)
Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı iştirakçılarının podium məşqi keçirilib (FOTOREPORTAJ)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında qarşıdan gələn 28-ci akrobatika gimnastikası üzrə dünya çempionatının iştirakçıları olan idmançıların podium üzrə məşqləri keçirilib.

Trend xəbər verir ki, martın 10-13-də Bakıda ilk dəfə olaraq Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək.

Yarışda qeydiyyatdan keçmiş ölkələrin siyahısına əsasən, 17 ölkədən 170 gimnast öz çıxışlarını nümayiş etdirəcək.

Dörd gün ərzində baş tutacaq yarışda qadın, qarışıq və kişi cütlüklərində, qadın və kişi qruplarında gimnastlar tarazlıq, temp və kombinə edilmiş hərəkətlər nümayiş etdirəcəklər.

Trend məşqdən fotoreportajı təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti