...

"Liverpul"un baş məşqçisi dünyanın ən yaxşı məşqçisini açıqlayıb

İdman Materials 9 Aprel 2022 04:36 (UTC +04:00)
"Liverpul"un baş məşqçisi dünyanın ən yaxşı məşqçisini açıqlayıb

Bakı. Trend:

"Liverpul"un baş məşqçisi Yurgen Klopp ispaniyalı Xosep Qvardiolanı dünyanın ən yaxşı baş məşqçisi adlandırıb.

Trend-in məlumatına görə, bu barədə "Sky Sports" televiziya kanalı xəbər verib.

"Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Düşünürəm ki, hamı bu sözlərlə razıdır. Mən başa düşmürəm ki, kimsə bu barədə necə şübhələnə bilər", - deyə Y.Klopp qeyd edib.

Qeyd edək ki, aprelin 10-da İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Mançester Siti” – “Liverpul” oyunu keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti