...

"Liverpul"un ulduzu Salah Çempionlar Liqasının finalında "Real"la qarşılaşmaq istədiyini bildirib

İdman Materials 4 May 2022 04:57 (UTC +04:00)
"Liverpul"un ulduzu Salah Çempionlar Liqasının finalında "Real"la qarşılaşmaq istədiyini bildirib

Trend-i buradan izləyin

Bakı. Trend:

UEFA Çempionlar Liqasının finalında "Real Madrid"lə qarşılaşmağımızı istəyirəm.

Trend xəbər verir ki, bunu "Liverpul"un Misirli futbolçusu Mohammed Salah bildirib.

O, qeyd edib ki, "Real" bu turnirin finalında artıq bir dəfə "Liverpula" qalib gəlib.

"Gəlin yenidən qarşılaşaq. Bu gün bizim soyunub-geyinmə otağımızda hamı sevinclidir. Bu gün biz bayram edirik, lakin artıq sabah biz toparlanacağıq", - M. Salah bildirib.

Xatırladaq ki, UEFA Çempionlar Liqası 2017/18 mövsümündə Kiyevdə baş tutmuş final qarşılaşmasında "Real Madrid" "Liverpulu" 3:1 hesabı ilə məğlub etmişdir. Həmin görüşdə Mohammed Salah zədələnərək vaxtından əvvəl meydanı tərk etmişdir.

Qeyd edək ki, "mersisaydlılar" bu gün Çempionlar Liqasının ikinci yarımfinal görüşü çərçivəsində İspaniyanın "Vilyarreal" klubunu 3:2 hesabı ilə üstələyərək finala vəsiqə qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti