...

Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun açıq birinciliyinin qalibləri müəyyənləşib

İdman Materials 2 İyun 2022 19:11 (UTC +04:00)
Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun açıq birinciliyinin qalibləri müəyyənləşib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun 1-ci açıq birinciliyinin ikinci günündə 2015, 2014 və 2013-cü il təvəllüdlü gimnastlar arasında fərdi proqramda qalib və mükafatçılar müəyyən edilib.

C qrupunda alətsiz çıxış edən, 2015-ci il təvəllüdlü gimnastlar arasında Fatimə Həsənova (Ocaq Sport) birinci, Fidan Hüseynli və Fərəh Həsənova ikinci, Aysel Mustafazadə (Bakı Gimnastika Məktəbi) üçüncü olub.

A qrupunda topla hərəkətlərdə çıxış edən, 2015-ci il təvəllüdlü gimnastlar arasında Mira Özəl (Su İdmanı Sarayı) birinci, Kamilla Bağırova (Ocaq Sport) ikinci, Xəzrə Qasımlı (Ocaq Sport) üçüncü olub.

B qrupunda fərdi çoxnövçülükdə çıxış edən, 2014-cü il təvəllüdlü gimnastlar arasında Mişel Aniskina (Ocaq Sport) birinci, Ayla Məhərrəmli ikinci (Ocaq Sport), İnci islamova (Ocaq Sport) və Mədinə Qədimova (Zirə Mərkəzi) üçüncü olub.

A qrupunda fərdi çoxnövçülükdə çıxış edən, 2014-cü il təvəllüdlü gimnastlar arasında Fatimə Tarverdiyeva birinci, Nərgiz Əliyeva ikinci, Ayla Abbaszadə üçüncü olub. Hər üç idmançı "Ocaq Sport" klubunu təmsil edir.

C qrupunda fərdi çoxnövçülükdə çıxış edən, 2013-cü il təvəllüdlü gimnastlar arasında Elin Məmmədova (Ocaq Sport) birinci, Leyla Azaqova ikinci (Bakı Gimnastika Məktəbi), Fidan Əzizzadə (Ocaq Sport) üçüncü olub.

A qrupunda fərdi çoxnövçülükdə çıxış edən, 2013-cü il təvəllüdlü gimnastlar arasında Sara Atakişiyeva (Ocaq Sport) birinci, Aylin Yusifli (Ocaq Sport) ikinci , Milana Kərimova (Bakı Gimnastika Məktəbi) üçüncü olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti