...

UEFA yeni turnir təşkil etməyi planlaşdırır

İdman Materials 15 İyun 2022 08:41 (UTC +04:00)
UEFA yeni turnir təşkil etməyi planlaşdırır

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024/25 mövsümündən Çempionlar Liqası başlamazdan əvvəl turnir keçirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "L' quipe" nəşri yazır.

Bildirilir ki, turnirdə 4 komanda iştirak edəcək, lakin onların hansı prinsiplə seçiləcəyi barədə məlumat verilmir. Müsabiqə iki yarımfinal, üçüncü yer uğrunda görüş və finaldan ibarət olacaq. Turnir ABŞ-da keçiriləcək.

Mayın 10-da UEFA 2024/25 mövsümündən Çempionlar Liqasının formatını 36 klubun iştirakı ilə təsdiqləyib. Qrup mərhələsinin əvəzinə komandalar "İsveçrə sistemi" deyilən sistem üzrə oynayacaq, 36 komandanın hamısı vahid cədvəldə yerləşəcək, rəqiblər mövsümöncəsi sıralama mövqelərinə əsasən müəyyənləşəcək.

İlk səkkizlik avtomatik olaraq 1/8 finala vəsiqəni təmin edəcək, növbəti 16 komanda bu mərhələyə düşmək üçün mübarizə aparacaq. Oxşar format dəyişiklikləri Avropa Liqası və Konfrans Liqasına da şamil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti