...

"Azİz" İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının üzvləri bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan gimnastlarını dəstəkləyir (FOTO)

İdman Materials 16 İyun 2022 12:24 (UTC +04:00)
"Azİz" İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının üzvləri bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan gimnastlarını dəstəkləyir (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

"Azİz" İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının üzvləri Təl-Əvivdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan gimnastlarını fəal dəstəkləyir.

Trend-in məlumatına görə, assosiasiya üzvləri tribunalarda Azərbaycan bayraqlarını dalğalandırır.

Qeyd edək ki, Azərbaycanı turnirdə böyüklər yaş qrupunda fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, gənclər yaş qrupunda Alina Məmmədova, Kamilla Qafarova və Mədinə Dəmirova təmsil edir.

Yarışların ilk günündə gənclər arasında təsnifatda Alina Məmmədova topla hərəkətlərdə, Kamilla Qafarova halqa və gürzlərlə hərəkətlərdə, Mədinə Dəmirova lentlə hərəkətlərdə finala vəsiqə qazanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti