...

Almaniya əhalisinin təxminən yarısı millinin DÇ-2022-də iştirakını dəstəkləmir

İdman Materials 5 İyul 2022 05:25 (UTC +04:00)
Almaniya əhalisinin təxminən yarısı millinin DÇ-2022-də iştirakını dəstəkləmir

Bakı. Trend:

Almaniyada əhalinin 48 faizi milli komandanın 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatında iştirak etməməli olduğunu hesab edir.

Trend-in məlumatına görə, bu barədə "OMG Bulletin" xəbər verir.

Sorğu iştirakçılarının 48 faizi bu seçimi Qətərdə Dünya Çempionatına üçün stadionun tikintisində işçinin ölümü faktına əsaslanaraq humanitar vəziyyyətlə əlaqələndirib.

Bildirilir ki, sorğuda iştirak edənlərin yalnız 28 faizi Almaniyanın Dünya Çempionatında iştirakını dəstəkləyib, 24 faizi isə şərh bildirməyib.

Qeyd edək ki, 2022-ci il Dünya Çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti