...

Braziliyalı futbolçu Dani Alves Meksikanın "Pumas" klubuna keçib

İdman Materials 22 İyul 2022 08:51 (UTC +04:00)
Braziliyalı futbolçu Dani Alves Meksikanın "Pumas" klubuna keçib

Bakı. Trend:

Braziliyalı müdafiəçi Dani Alves Meksikanın "Pumas" futbol klubuna pulsuz transfer olunub.

Trend-in məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Müqavilənin şərtləri barədə məlumat verilməyib. D.Alves 2008-2016-cı illərdə, həmçinin 2021-ci ilin noyabrından 2022-ci ilin iyun ayına kimi "Barselona"da çıxış edib. İyunun 15-də futbolçu İspaniya klubu ilə ayrılıb.

O, müxtəlif vaxtlarda Braziliyanın “Baya”, İspaniyanın “Sevilya”, İtaliyanın “Yuventus” və Fransanın PSJ klublarında da çıxış edib. Müdafiəçi 43 kubokla tarixin ən titullu futbolçusu sayılır.

Xəbər lenti

Xəbər lenti