...

Ümumdünya Şahmat Olimpiadası: Kişi şahmatçılarımız növbəti qələbəni qazanıblar

İdman Materials 31 İyul 2022 20:12 (UTC +04:00)
Ümumdünya Şahmat Olimpiadası: Kişi şahmatçılarımız növbəti qələbəni qazanıblar

Bakı. Trend:

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Trend xəbər verir ki, III turda şahmatçılarımız Argentina yığması ilə mübarizə aparırlar. Artıq komandamız növbəti qələbəsini qazanıb. Belə ki, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov öz rəqiblərilə qarşılaşmanı qələbə ilə başa vurublar. Nicat Abasov isə rəqibi ilə heç-heçə edib.

Bununla da komandamız aktivinə 2,5 xal yazdırmaqla qələbəni təmin edib. Qədir Hüseynovun oyunu isə hələ davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti