...

“Neftçi” klubu Bakıda “Rapid”i məğlub edib

İdman Materials 4 Avqust 2022 23:59 (UTC +04:00)
“Neftçi” klubu Bakıda “Rapid”i məğlub edib

Bakı. Trend:

Bakının “Neftçi” futbol klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində qələbə qazanıb.

Trend xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın komandası Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib.

Xorvatiyalı FIFA referisi Dario Belin idarə etdiyi matçda "Neftçi" rəqibini 2:1 hesabı ilə məğlub edib. Bakı təmsilçisinin heyətində Ataa Caber və Kenni Sayef fərqləniblər. Rəqib komandanın qolunu isə Qvido Burqştaller vurub.

Komandalar arasında cavab oyunu bir həftə sonra Avstriyada keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti