...

"Neftçi" mübarizəni dayandırıb

İdman Materials 12 Avqust 2022 01:42 (UTC +04:00)
"Neftçi" mübarizəni dayandırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Paytaxtın “Neftçi” futbol klubu UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də cavab oyununa çıxıb.

Trend xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın kollektivi səfərdə Avstriyanın “Rapid” (Vyana) komandası ilə qarşılaşıb.

Vyanadakı “Alyans” stadionunda oynanılan səfər qarşılaşmasını norveçli hakim Rohit Saqqi idarə edib.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb. İlk hissədə “Neftçi"nin müdafiəçisi Azər Salahlı zədələndiyi üçün onun yerinə 20-ci dəqiqədə meydana Mert Çelik daxil olub. Otuz yeddinci dəqiqədə komandamızın futbolçusu Kenni Sayefin fərqlənməsinə rəqib qapıçı imkan verməyib. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Görüşdə hesabı ikinci hissədə rəqib komanda açıb. Qarşılaşmanın 66-cı dəqiqəsində meydan sahiblərinin heyətində Marko Qrüll fərqlənib. Paytaxtımızda təşkil olunmuş matçda "Neftçi" 2:1 hesabı ilə qalib gəldiyi üçün bu görüşdə əlavə vaxta oynanılıb. Əvvəlcə oyunda zədələnən Kenni Sayefi Azər Əliyev əvəz edib. "Rapid" 112-ci dəqiqədə Ferdi Druifun vurduğu qolu sayəsində hesab arasındakı fərqi artırıb. Beləliklə, rəqibinə 0:2 hesabı ilə məğlub olan "Neftçi" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Bu matçın qalibi olan “Rapid” yekun hesabda 3:2 hesabı ilə üstün olaraq turnirin növbəti - pley-off mərhələsində yüksəlib. Onun rəqibi Lixtenşteynin “Vaduts” klubu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti