...

Azərbaycan basketbolçuları V İslam Həmrəyliyi Oyunlarında Mali komandasına qalib gəlib

İdman Materials 13 Avqust 2022 20:35 (UTC +04:00)
Azərbaycan basketbolçuları V İslam Həmrəyliyi Oyunlarında Mali komandasına qalib gəlib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya.Trend:

V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 3x3 basketbol komandası Malini məğlub edib.

Trend-in şənbə günü verdiyi məlumata görə, Mali millisinə 18:15 hesabı ilə qalib gələn Azərbaycan komandası basketbol üzrə qrup mərhələsinə yüksəlib.

Bu gün saat 21:00-da Azərbaycan yığması Türkiyə yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Onların nəticələrinə görə, idmançılar 355 medalla təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti