Konya.Trend:
Azərbaycanın bədii gimnastika komandası V İslam Həmrəyliyi
Oyunlarında komanda yarışında qızıl medal qazanıb.
Trend-in məlumatına görə, Azərbaycan komandasına fərdi proqramda
çıxış edən gimnastlar - Zöhrə Ağamirova, İlona Zeynalova, Alina
Gözəlova daxil olub. Dörd məşq üzrə nəticənin cəmi 252.300 bal
təşkil edib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya
şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan
56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14
yerində keçirilir. Yarışın nəticələrinə əsasən, idmançılara 355
medal təqdim olunacaq.