Konya. Trend:
Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünü keçirib.
Trend xəbər verir ki, yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistan seçməsi ilə qarşılaşıb.
Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan İslamiadanın qalibi olub.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.