...

“Viktoriya” - “Qarabağ” oyununu portuqaliyalı hakimlər idarə edəcək

İdman Materials 22 Avqust 2022 05:45 (UTC +04:00)
“Viktoriya” - “Qarabağ” oyununu portuqaliyalı hakimlər idarə edəcək

Bakı. Trend:

Çexiyada “Viktoriya” (Plzen) və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Trend xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Artur Diaşa Ruy Tavareş və Paulu Soareş laynsmanlar qismində kömək göstərəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Tyaqu Martinş və Luiş Qodinyu olacaq.

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" matçı avqustun 23-də Bakı vaxtı ilə 23:00-da başlayacaq. Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti