...

Ronaldunun “Mançester Yunayted”dən ayrılacağı təqdirdə yeganə variantı məlum olub

İdman Materials 27 Avqust 2022 02:23 (UTC +04:00)
Ronaldunun “Mançester Yunayted”dən ayrılacağı təqdirdə yeganə variantı məlum olub

Bakı. Trend:

Jurnalist Nikola Şira "Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun klubunu dəyişmək üçün yeganə variantı açıqlayıb.

Trend-in məlumatına görə, hücumçu klubu tərk etmək niyyətində olarsa, qalan yeganə konkret variant "Sportinq Lissabon"a qayıtmaqdır. Eyni zamanda, K.Ronaldunun agenti Jorje Mendeş müştərisi üçün başqa namizədlər tapmaq niyyətindədir.

Beləliklə, 37 yaşlı portuqaliyalı futbolçu doğma klubuna qayıtmağa daha da yaxınlaşıb. "Sportinq" artıq K.Ronaldonun namizədi kimi adlandırılıb, lakin klub özü transferdə maraqlı olmadıqlarını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti