...

Topdaşıyan uşaqlara görə Neftçi klubu 80 manat cərimə olunub

İdman Materials 3 Oktyabr 2022 17:22 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA İntizam Komitəsinin (İK) qərarları açıqlanıb.

Trend xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.

Məlumata görə:

28.09.2022-ci il tarixində I Divizionun V turunun “Qəbələ-2” – “Zirə-2” oyununda polis nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün “Qəbələ” klubu 40 manat cərimə olunur (maddə 62.2).

29.09.2022-ci il tarixində I Divizionun V turunun “Neftçi-2” – “Zaqatala-2” oyununda topdaşıyan uşaqlar oyun zamanı topla hərəkət etdiyi üçün “Neftçi” klubu 80 manat cərimə olunur (maddə 64.2).

28.09.2022-ci il tarixində I Divizionun V turunun MOİK – “Kəpəz-2” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39).

28.09.2022-ci il tarixində I Divizionun V turunun MOİK – “Kəpəz-2” oyununun 85-ci dəqiqəsində “Kəpəz” klubunun 20 nömrəli futbolçusu Həsənov Mahir qeyri-idman hərəkətinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).

28.09.2022-ci il tarixində I Divizionun V turunun MOİK – “Kəpəz-2” oyununun 39-cu dəqiqəsində “Kəpəz” klubunun məşqçisi Orxan Verdiyev hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 41.4).

29.09.2022-ci il tarixində I Divizionun V turunun “Səbail-2” – “Qarabağ-2” oyununun 26-cı dəqiqəsində “Qarabağ” klubunun 26 nömrəli futbolçusu Ruslan Bayramov rəqibi aşkar qol vurmaqdan məhrum etməsinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).
29.09.2022-ci il tarixində I Divizionun V turunun “Səbail-2” – “Qarabağ-2” oyununda top və xərək daşıyan şəxslər komandaların paltardəyişmə otaqlarının yanında gəzdiyi, tuneldən istifadə edərək Zona-1 tələblərini pozduğu üçün “Səbail” klubu 80 manat cərimə olunur. (maddə 60).

29.09.2022-ci il tarixində I Divizionun V turunun “Səbail-2” – “Qarabağ-2” oyununda hakimlər otağında 3 məşqçisinin oturmasına, yalnız hakimlərin gəlişindən sonra çıxmasına görə hakimlər otağın təmizlənməsini bir neçə dəqiqə gözlədiyi üçün "Səbail" klubu 80 manat cərimə olunur (maddə 62.3).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti