...

Dünya çempionu olmuş Azərbaycan şahmatçıları turnirlə bağlı təəssüratlarını bölüşüblər (VİDEO)

İdman Materials 23 Oktyabr 2022 17:47 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Gənclər (U-20) arasında dünya çempionu olmuş Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyli oktyabrın 23-də Beynəlxalq Şahmat Federasiyasına (FİDE) müsahibə veriblər.

Trend xəbər verir ki, şahmatçılar dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşüb, çempionatın onlar üçün əhəmiyyətindən danışıblar.

A.Qədimbəylinin sözlərinə görə, Azərbaycan komandası üçün bu, fantastik nəticədir.

"Bu turnir dünyanın ən çətin turnirlərindən biridir. Mənim üçün çox çətin və gərgin bir ay oldu, amma nəticədən razıyam və qələbəmə çox şadam", - deyə A.Qədimbəyli bildirib.

Gövhər Beydullayeva da bu turnirin həm şahmatçılar, həm də bütün yığma üçün əhəmiyyətini qeyd edib.

"Son turda məğlub olmağıma baxmayaraq, çempion oldum. Bu mənim uşaqlıq arzum idi. Hər il bu çempionatda iştirak edirəm. Nəticəmdən çox razıyam. Bu turnir digər yarışlarla heç bir müqayisəyə getmir. İndi dünya çempionatında yaxşı nəticə göstərməyi səbirsizliklə gözləyirəm", - deyə G.Beydullayeva bildirib.

Trend müsahibələri təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti