Bakı. Trend:
Dekbarın 8-11-də Şəki şəhərində gimnastika növləri üzrə birləşmiş yarışlar keçiriləcək.
Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.
Yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunacaq.
Birləşmiş yarışlarına proqramına kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı, qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyi, batut gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı, akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı və aerobika gimnastikası üzrə 6-cı Azərbaycan birinciliyi daxildir.