...

Atıcılıq üzrə “Zəfər Kuboku” yarışı başlayıb

İdman Materials 9 Noyabr 2022 07:33 (UTC +04:00)
Atıcılıq üzrə “Zəfər Kuboku” yarışı başlayıb

Bakı. Trend:

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə “Zəfər Kuboku” uğrunda yarış başlayıb.

Trend-in məlumatına görə, iki gün davam edəcək turnirdə iştirakçılar 8 növdə - dairəvi stend (kişilər və qadınlar), səngər stendi (kişilər və qadınlar), 10 metr məsafəyə pnevmatik tapança (kişilər və qadınlar) və pnevmatik tüfəngdən atəşaçma (kişilər və qadınlar) üzrə mübarizə aparırlar.

Yarış Bakı Atıcılıq Mərkəzində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti