Bakı. Trend:
Fransalı hücumçu Kilian Mbappe "Paris Sen-Jermen"də (PSJ) qalmaq üçün üç şərtini açıqlayıb.
Trend xəbər verir ki, futbolçu klub rəhbərliyinə "Tottenhem"in hücumçusu Harri Keynlə müqavilə imzalanmasını, Zinəddin Zidanın kluba baş məşqçi təyin olunmasını istəyib. Bundan başqa, o, aralarında mübahisə baş vermiş Neymarın başqa kluba satılmasını tələb kimi irəli sürüb.
Xatırladaq ki, dekabrın 19-da Mbappenin 2023-cü ilin yayında PSJ-dən ayrılmaq istədiyi məlum olub.