...

İngiltərə Premyer Liqası: "Arsenal" "Brayton"u məğlub edib

İdman Materials 1 Yanvar 2023 03:03 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Arsenal" "Brayton"u məğlub edib

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində Londonun "Arsenal" klubu "Brayton" klubunun qonağı olub.

Trend xəbər verir ki, Brayton şəhərinn "Ameks" stadionunda baş tutan oyun qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Arsenal"ın heyətində qolları Bukayo Saka, Martin Edeqor, Eddi Nketia və Qabriel Martinelli vurublar, meydan sahiblərinin iki qolunu isə Evan Fergüson və Kaoru Mitoma vurublar.

Qeyd edək ki, 18 turdan sonra "Arsenal" (16 oyun keçirib) 43 xalla birinci, "Brayton" (16 oyun keçirib) isə 24 xalla 8-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti