...

Braziliyada Pele ilə vida mərasimi başlayıb

İdman Materials 2 Yanvar 2023 19:16 (UTC +04:00)
Braziliyada Pele ilə vida mərasimi başlayıb

Bakı. Trend:

Braziliyanın San-Paulu şəhərində "Santos" stadionunda əfsanəvi futbolçu Pele ilə vida mərasimi başlayıb.

Trend xəbər verir ki, Pelenin tabutu sözügedən stadiona gətirilib. Futbolçunun dəfn mərasimi çərşənbə axşamı baş tutacaq. Dəfn mərasimindən əvvəl cənazə ilə birlikdə tabut Santos şəhərinin küçələri ilə aparılacaq.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın dəfn mərasimində iştirakı gözlənilir.

Pelenin azarkeşləri futbolçu ilə vidalaşmaq üçün stadionun girişində növbəyə düzülüblər.

Pele uzun sürən xəstəlikdən sonra 2022-ci il dekabrın 29-da ömrünün 82-ci ilində vəfat edib. Son illər o, xərçəng xəstəliyindən müalicə alırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti