Bakı. Trend:
Səudiyyə Ərəbistanının "Əl-Hilal" və "Əl-İttihad" klubları PSJ və Argentina millisinin hücumçusu Lionel Messi ilə maraqlanır.
Trend xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb.
Hər iki klubun 35 yaşlı hücumçuya hər mövsüm üçün 350 milyon avro ödəməyə hazır olduğu bildirilir. Amma bunun üçün onlar maliyyə yardımı üçün ölkə hakimiyyətinə müraciət etmək niyyətindədirlər.
O da qeyd olunur ki, hər iki klub hələ də Beynəlxalq Futbol Federasiyasının (FİFA) sanksiyaları altındadır və müxtəlif əməliyyatlarda yol verilən qanun pozuntularına görə gələn yaya qədər müqavilə imzalaya bilmir.