Bakı. Trend:
İngiltərənin "Çelsi" futbol klubu Ukraynanın "Şaxtyor" komandasının yarımmüdafiəçisi Mixailo Mudrik ilə müqavilə imzalamağa yaxındır.
Trend-in məlumatına görə, bu barədə "Çelsi" öz rəsmi saytında bildirib.
""Çelsi" "Şaxtyor"la Mixailo Mudrikin transfer şərtlərini müzakirə edir. Bundan sonra futbolçu ilə şəxsi müqavilənin şərtləri razılaşdırılacaq", - deyə qeyd olunub.
Bundan əvvəl “Şaxtyor” və “Çelsi” 22 yaşlı futbolçunu 100 milyon avroya transfer etmək barədə razılığa gəliblər.