...

“Mançester Yunayted” Liqa Kubokunun finalına yüksəlib

İdman Materials 2 Fevral 2023 02:35 (UTC +04:00)
“Mançester Yunayted” Liqa Kubokunun finalına yüksəlib

Bakı. Trend:

İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin "Mançester Yunayted" - "Nottingem Forest" matçı başa çatıb.

Trend-in məlumatına görə, Mançesterin "Old Trafford" stadionunda keçirilən görüş "Mançester Yunayted"in 2:0 qələbəsi ilə başa çatıb.

Qolları Antoni Marsyal və Fred vurub. Hücumçu Markus Reşfordun bir məhsuldar ötürməsi var.

Beləliklə, “Mançester Yunayted” yarımfinalda “Sauthempton”u məğlub edən “Nyukasl”la qarşılaşacağı turnirin finalına çıxıb. Görüş fevralın 26-da Londondakı “Uembli” stadionunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti