...

Azərbaycan gimnastı batut gimnastikası üzrə Dünya Kubokunun finalında çıxış edəcək

İdman Materials 19 Fevral 2023 08:20 (UTC +04:00)
Azərbaycan gimnastı batut gimnastikası üzrə Dünya Kubokunun finalında çıxış edəcək
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün, fevralın 19-da Azərbaycan gimnastı Selcan Mahsudova batut gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında fərdi proqramın finalında çıxış edəcək.

Trend xəbər verir ki, qadınların fərdi proqramında final yarışları saat 14:20-də başlayacaq. Finalda Selcan Mahsudovanın rəqibləri Braziliya, Qazaxıstan, Fransa, ABŞ və Latviya təmsilçiləri olacaq.

Xatırladaq ki, fevralın 18-də Bakıda keçirilən batut idmanı üzrə Dünya Kubokunun seçmə mərhələsində Selcan Mahsudova 53,370 xal toplayaraq üçüncü yeri tutub.

Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir. Yarışda dünyanın 16 ölkəsindən 60-dan çox gimnast iştirak edir. Gimnastlar fərdi və sinxron proqramlar təqdim edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti