Bakı. Trend:
Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirinə qələbə ilə başlayıb.
Trend Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, turnirdə 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 final mərhələsi çərçivəsində Şpetim Bayokunu (Kosovo) məğlub edib. M.Həsənov rəqibinə 5:0 hesabı ilə qalib gəlib.
Boksçumuz səkkizdəbir finalda hindistanlı Şiva Tapa ilə döyüşəcək. Görüş fevralın 22-də baş tutacaq.