Bakı. Trend:
17-21 may tarixlərində Azərbaycanda bədii gimnastika üzrə keçiriləcək Avropa çempionatına hazırlıq məqsədilə paytaxtımızda Avropa Gimnastikasının iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Avropa Gimnastikasının baş direktoru Liza Vortman, qurumun bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Yevangeliya Trikomiti, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, idman direktoru Natalya Bulanova və digər nümayəndələr iştirak ediblər.