...

Azərbaycan gimnastları Riqada batut gimnastikası üzrə beynəlxalq turnirdə 3 qızıl və 1 gümüş medal qazanıblar

İdman Materials 19 Mart 2023 10:03 (UTC +04:00)
Azərbaycan gimnastları Riqada batut gimnastikası üzrə beynəlxalq turnirdə 3 qızıl və 1 gümüş medal qazanıblar

Bakı. Trend:

Martın 12-dən 19-dək Latviyanın paytaxtı Riqa şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə batut gimnastikası üzrə “inkişaf təlim-məşq” düşərgəsi keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildirilib ki, məşqlərin ardınca eyni şəhərdə beynəlxalq turnir də təşkil edilib. Yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvləri uğurla çıxış ediblər.

Fərdi növdə təmsilçilərimiz Selcan Mahsudova (böyüklər arasında), Samirə Hüseynova (11-12 yaş), Hüseyn Abbasov (15-16 yaş) qızıl, Mehdi Əliyev (15-16 yaş) isə gümüş medala sahib çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti