...

Bakıda “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyinin son günü keçirilir (FOTO)

İdman Materials 5 Aprel 2023 13:54 (UTC +04:00)
Bakıda “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyinin son günü keçirilir (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 5-də Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyinin son günü keçirilir.

Trend bu barədə çərşənbə günü xəbər verir.

Bu gün yarış gününün birinci yarısında gimnastlar “balacalar” yaş kateqoriyasında öz proqramlarını nümayiş etdirirlər, daha sonra isə “yeniyetmələr” və “gənclər” yarışacaqlar.

Dünən, yarışın ilk günü “körpələr” kateqoriyasında gimnastlar çıxışlarını tamamlayıblar.

Qeyd edək ki, yarışda “Ocaq Sport” klubu, “Abşeron OİK”, “Ağdaş” OİK, “İOEUG” Gimnastika Məktəbi, “Gəncə” OİK, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Şağan” OİK, “Grasiya” İK və “Sumqayıt” OİK “Qusar” OİK, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, “Qax” OİK, “RKİM”, “Şəmkir” Gənclər Evi, “Su İdman Sarayı” və “Zirə” Mədəniyyət Mərkəzi Eko-Park-dan 340 gənc gimnast iştirak edir.

Birincilikdə gimnastlar fərdi proqramla yanaşı, qrup hərəkətləri proqramı ilə çıxış edirlər.

Yarışlar balacalar (2016-2017-ci il), uşaqlar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-ci il) yaş kateqoriyaları üzrə keçirilir.

(Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti