...

2023 Formula 1 Azərbaycan Qran Prisi üç rekorda imza atıb

İdman Materials 18 Aprel 2023 09:37 (UTC +04:00)
2023 Formula 1 Azərbaycan Qran Prisi üç rekorda imza atıb

Bakı. Trend:

2023 Formula 1 Azərbaycan Qran Prisi üç rekorda imza atıb.

Trend xəbər verir ki, bunlardan birincisi Azərbaycan Qran Prisi tarixində 2023-cü il ötən altı il ilə müqayisədə bilet satışının ən yüksək səviyyəyə çatdığı yarış kimi seçilir.

İkinci rekord: Ötən illərdə keçirdiyimiz altı yarışla müqayisədə bu il 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində ilk dəfədir ki, 100-dən çox fərqli ölkədən azarkeşlər ölkəmizi ziyarət edəcəklər. Bu rəqəm Bakı yarışının tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bu o deməkdir ki, dünya üzərində mövcud 193 ölkənin yarısından çoxu öz ölkəsini məhz Bakı yarışında təmsil edəcək. Bu rekord da, öz növbəsində, beynəlxalq arenada 2023 Formula 1 Azərbaycan Qran Prisinə olan böyük marağın və diqqətin göstəricisidir.

Üçüncü rekord: son altı illə müqayisədə ilk dəfə olaraq Azərbaycana Qran Prini izləməyə gələn əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatdı.

Azarkeşlərin Bakı yarışına olan böyük marağı nəticəsində Sahil, Abşeron “B” sektoru, Filarmoniya tribunalarından sonra Muğam və Bulvar tribunalarına olan biletlər tamamilə satılıb. Beləliklə, adıçəkilən bu tribunalara yerlərin satılması ilə biletlərin 90 faizi satılıb. Paytaxtımızın yeddinci dəfə ev sahibliyi edəcəyi həyəcanlı Formula 1 yarışı üçün biletlər sürətlə satılır və son iki həftədə artıq sadəcə son tribunalarda az sayda yerlər qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti