...

UEFA Çempionlar Liqası: "Real Madrid" "Çelsi"ni məğlub edərək yarımfinala yüksəlib

İdman Materials 19 Aprel 2023 01:06 (UTC +04:00)
UEFA Çempionlar Liqası: "Real Madrid" "Çelsi"ni məğlub edərək yarımfinala yüksəlib

Bakı. Trend:

İspaniyanın "Real Madrid" futbol klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İngiltərənin "Çelsi" komandasını səfərdə 2:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Londonda "Stemford Bric" stadionunda keçirilib.

Qalib komandanın heyətində Rodriqo iki qol vurub (58, 80-ci dəqiqə). Komandaların Madriddəki ilk görüşü də "Real Madrid"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Real Madrid" yarımfinalda "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya) qarşılaşmasının qalibi ilə oynuyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti