...

İngiltərə Premyer Liqası: "Mançester Siti" "Arsenal"ı darmadağın edib

İdman Materials 27 Aprel 2023 01:18 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Arsenal"ı darmadağın edib

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 33-cü turunda "Mançester Siti" futbol klubu doğma meydanında "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, qalib komandanın heyətində qolları Kevin De Bröyne (7, 54 dəqiqə), Con Stounz (45+1), Erlinq Holand (90+5) vurub. "Arsenal"ın heyətində Rob Holdinq (86) fərqlənib.

Çempionatda liderlik edən “Arsenal” 75 xalla turnir cədvəlində birinciliyini qoruyub. İkinci sıranı tutan "Mançester Siti" liderə yaxınlaşıb. Komanda 73 xal topladı və eyni zamanda ehtiyatda iki oyunu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti