...

Formula 2 komandalarının sıralama yürüşü başa çatdı

İdman Materials 28 Aprel 2023 16:15 (UTC +04:00)
Formula 2 komandalarının sıralama yürüşü başa çatdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 komandalarının sıralama yürüşü başa çatıb.

Trend-in məlumatına görə, Preme Racing” komandasının pilotu Oliver Berman sıralanma turunun qalibi olub. 30 dəqiqə davam edən yürüşdə “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb.
28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti