...

Azərbaycan komandası Avropa çempionatında üç lent və iki topla hərəkətlərdə qızıl medal qazanıb (FOTO)

İdman Materials 21 May 2023 18:19 (UTC +04:00)
Azərbaycan komandası Avropa çempionatında üç lent və iki topla hərəkətlərdə qızıl medal qazanıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında üç lent və iki topla qrup hərəkətlərində Azərbaycanın böyüklərdən ibarət komandası 32,250 xalla qızıl medal qazanıb.

Trend xəbər verir ki, İsraili təmsil edən komanda 32,150 xalla gümüş medala sahib olub. 31,200 xalla bürünc medalı isə İspaniya yığması qazanıb.

Qrup hərəkətlərində Azərbaycan komandasının heyətində Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alıb.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti