...

"İnter" doqquzuncu dəfə İtaliya kubokunun sahibi olub

İdman Materials 25 May 2023 01:41 (UTC +04:00)
"İnter" doqquzuncu dəfə İtaliya kubokunun sahibi olub

Trend-i buradan izləyin

Bakı. Trend:

"İnter" klubu doqquzuncu dəfə futbol üzrə İtaliya kubokunun sahibi olub.

Trend xəbər verir ki, Romada keçirilən final oyununda "İnter" klubu "Fiorentina" ilə qarşılaşıb. Görüş "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milan təmsilçisinin heyətində Lautaro Martines dubl edib, "Fiorentina"nın qolunu isə Nikolas Qonsales vurub.

Qeyd edək ki, "İnter" 1939-cu, 1978-ci, 1982-ci, 2005-ci, 2006-cı, 2010-cu, 2011-ci və 2022-ci illərdə kuboku qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti