...

Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb (FOTO)

İdman Materials 2 İyun 2023 13:37 (UTC +04:00)
Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünü aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı ilə davam etdirir.

Trend-in məlumatına görə, Bakı Olimpiya İdman Kompleksində start götürən yarışda “Ocaq Sport” klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 100-dək gimnast medallar uğrunda mübarizə aparacaq.

İki gün davam edəcək yarışlarda idmançılar Azərbaycan birinciliyində balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il il), Bakı çempionatında isə uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyasında (2005-ci il və daha böyük) mübarizə aparacaqlar.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti