...

"Bavariya" "Çelsi"nin hücumçusu ilə maraqlanır

İdman Materials 17 İyun 2023 19:05 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın "Bavariya" klubu İngiltərənin "Çelsi" klubunun hücumçusu Kay Havertzi transfer etmək istəyir.

Trend xəbər verir ki, Münhen klubu 24 yaşlı alman futbolçunu "yüksək keyfiyyətli mərkəz hücumçusu" kimi görür.

Daha əvvəl London şəhərinin digər təmsilçisi "Arsenal" da futbolçu ilə maraqlanırdı. Məlumatlara görə, "Arsenal" K.Havertzə həftəlik 200 min funt-sterlinq (234 min avro) məvacib təklif etmişdi, lakin razılıq əldə edilməmişdi.

Qeyd edək ki, 2020-ci ildə K.Havertz Leverkuzen "Bayer"indən "Çelsi"yə keçib, transfer məbləği, medianın məlumatına görə, təxminən 80 milyon avro olub. 2022/23 mövsümündə hücumçu 47 oyun keçirib, 9 qol vurub.

Xəbər lenti

Xəbər lenti