Bakı. Trend:
Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlar davam edir.
Trend-in məlumatına görə, Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəmizi təmsil edən bədii gimnast Mehriban Tağıyeva çıxış etdiyi divizionda çoxnövçülük proqramında bürünc medal qazanıb.
Gimnastımız həmçinin ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent) üzrə final mərhələsinə vəsiqə əldə edib. Gimnastlarımızı təbrik edir və həlledici mərhələdə uğurlar arzulayırıq.