...

Güllə atıcımız finala yüksələ bilməyib

İdman Materials 26 İyun 2023 13:54 (UTC +04:00)
Güllə atıcımız finala yüksələ bilməyib
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Polşa. Trend:

Polşada keçirilən III Avropa Oyunlarında atıcıların mübarizəsi davam edir.

Trend xəbər verir ki, bu gün qadınların tapançadan 25 metr məsafədən atəşaçma yarışında təsnifat mərhələsi başa çatıb.

Azərbaycan təmsilçisi Nigar Nəsirova da hədəf önünə keçib. O, təsnifatda iki günün yekununda 568 xal toplaya bilib. N.Nəsirova 35 iştirakçı arasında 25-ci yeri tutub. Bu nəticə ilə final raunduna yüksələ bilməyən snayperimiz mübarizəni dayandırıb.

Qeyd edək ki, final mərhələsinə 8 atıcı yüksəlib.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan "Krakov-2023"də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti